[b]UEFA Avropa Liqası: Bakıda London derbisi[/b]
10 may 2019 19:09 (UTC +04:00)

[b]UEFA Avropa Liqası: Bakıda London derbisi[/b]

Bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununda İngiltərəni təmsil edən 2 komanda – “Arsenal” və “Çelsi” mübarizə aparacaq. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
 
Məlumata görə, turnirin yarımfinal mərhələsində “Arsenal” İspaniyanın “Valensiya”, “Çelsi” isə Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını mübarizədən kənarlaşdırıb.
1/2 final mərhələsinin mayın 2-də Londonda keçirilmiş ilk oyununda 3:1 hesablı qələbə qazanmış “Arsenal” Valensiyada təşkil olunmuş cavab oyununda da rəqibini məğlub etməyi bacarıb – 4:2.
 
Digər cütlüyün mübarizəsi daha dramatik alınıb. Mayın 2-də Almaniyada, 1 həfətə sonra isə İngiltərədə keçirilən qarşılaşmalar 1:1 hesabı ilə başa çatdığı üçün “Stamford Bric”də komandalar əlavə yarım saat da oynamalı olublar. Lakin bu da qalibin müyyənləşməsi üçün kifayət etməyib. Oyunsonrası penalti seriyasında zərbələri daha sərrast vuran “Çelsi”nin futbolçuları finala yüksəliblər.
 
Lent.az hər iki komandanın bu mövsüm UEFA Avropa Liqasında final matçına qədər keçirdiyi oyunların nəticəsini diqqətinizə çatdırır:
 
 
QRUP MƏRHƏLƏSİ
QRUP MƏRHƏLƏSİ
20.09.2018.  PAOK – Çelsi 0:1
20.09.2018. Arsenal – Vorskla 4:2
04.10.2018. Çelsi – Vidi 1:0
04.10.2018. Qarabağ – Arsenal 0:3
25.10.2018. Çelsi – BATE 3:1
25.10.2018. Sportinq – Arsenal 0:1
08.11.2018. BATE – Çelsi 0:1
09.11.2018. Arsenal – Sportinq 0:0
30.11.2018. Çelsi – PAOK 4:0
29.11.2018. Vorskla – Arsenal 0:3
13.12.2018. Vidi – Çelsi 2:2
14.12.2018. Arsenal – Qarabağ 1:0
1/16 final
1/16 final final
15.02.2019. Malmö – Çelsi 1:2
14.02.2019. BATE – Arsenal 1:0
22.02.2019. Çelsi – Malmö 3:0
21.02.2019. Arsenal – BATE 3:0
1/8 final
1/8 final
08.03.2019. Çelsi – Dinamo Kiyev 3:0
07.03.2019. Renn – Arsenal 3:1
14.03.2019. Dinamo Kiyev – Çelsi 0:5
15.03.2019. Arsenal – Renn 3:0
1/4 final
1/4 final
11.04.2019. Slaviya Praqa – Çelsi 0:1
11.04.2019. Arsenal – Napoli 2:0
18.04.2019. Çelsi – Slaviya Praqa 4:3
18.04.2019. Napoli – Arsenal 0:1
1/2 final
1/2 final
02.05.2019. Ayntraxt Frankfurt – Çelsi 1:1
02.05.2019. Arsenal – Valensiya 3:1
09.05.2019. Çelsi – Ayntraxt Frankfurt 1:1 (4:3-pen.)
09.05.2019. Valensiya – Arsenal 2:4

 

# 1756
avatar

Oxşar yazılar