<b>Təhsil Nazirliyindən Lent.az-ın yazısına operativ <span style="color:red;">REAKSİYA:  əlil qıza <span style="color:red;">DƏRS VERİLƏCƏK </b>
10 may 2019 16:30 (UTC +04:00)

Təhsil Nazirliyindən Lent.az-ın yazısına operativ REAKSİYA: əlil qıza DƏRS VERİLƏCƏK

Sabirabad rayonunun Məmişlər kəndində yaşayan Savalan Cümşüdovun epilepsiya xəstəsi olan qızı Günelin təhsil problemi həll olunacaq.

Bu barədə Lent.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Nazirlik rəsmisi məsələ ilə bağlı rayon təhsil şöbəsilə danışdıqlarını açıqlayıb: “Təhsil Nazirliyinin əməkdaşı Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayevlə danışıb. Məmişlər kəndində yaşayan ailənin övladının evdə təhsilə cəlb olunması məsələsinin həll edilməsi, bu istiqamətdə hansı vacib tədbirlərin görülməli olması ilə bağlı məlumat verilməsi istənilib”.

Qeyd edək ki, Lent.az-ın əməkdaşı Sabirabad rayonun Məmişlər kəndində yaşayan Savalan Cümüşüdovun evində olub, ailənin çətin vəziyyəti ilə bağlı reportaj hazırlayıb.

Ailə başçısı qızı Günelə əvvəllər evdə dərs keçildiyini, lakin hazırda tədrisin dayandırılıdğını açıqlayıb.

# 2002
avatar

Aygün İbrahimli

Oxşar yazılar