[b]Neymar cəzalandırıldı[/b]
10 may 2019 14:23 (UTC +04:00)

[b]Neymar cəzalandırıldı[/b]

PSJ klubunun braziliyalı futbolçusu Neymar üç oyunluq cəzalanıb.
 
ONA-nın məlumatına görə, Fransa Futbol Federasiyası ölkə kubokunun “Renn”lə final görüşündə yaşananları müzakirə edərək belə qərar verib.
 
Buna Neymarın qarşılaşma başa çatdıqdan sonra azarkeşi vurması səbəb olub. O, görüşdən sonra tribunaya qalxarkən baş verənləri telefona çəkən fanatın yanında dayanıb. Əli ilə kameranın önünü kəsən Neymar azarkeşi itələyib. Ardınca tərəflər arasında söz atışması yaşanıb ki, nəticədə futbolçu fanatın üzünə əllə zərbə endirib.
 
Qeyd edək ki, bunadək Neymar avrokuboklarda da cəza almışdı. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə matçından sonra sosial şəbəkədə rəsmi şəxsləri təhqir etdiyi üçün üç matçlıq diskvalifikasiyaya məruz qalıb.
# 1111
avatar

Oxşar yazılar