[b]Özəl qəbiristanlıqların salınması mümkün deyil - Komitə[/b]
10 may 2019 13:39 (UTC +04:00)

[b]Özəl qəbiristanlıqların salınması mümkün deyil - Komitə[/b]

“Azərbaycanda özəl qəbiristanlıqların salınması mümkün deyil”.
 
ONA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
 
Sədr müavini bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaya əsasən, köhnə və yeni salınan bütün qəbiristanlıqlar bələdiyyələrin balansında olmalıdır.
 
“Qaydada qəbirlər arasındakı məsafə, onların yaşayış yerində uzaqlığı və digər məsələlər göstərilib”, - deyə o əlavə edib.
# 901
avatar

Oxşar yazılar