Türkiyə şəhid verdi
10 may 2019 12:53 (UTC +04:00)

Türkiyə şəhid verdi

Türkiyə-İran sərhədində İğdır rayonuna bağlı Dilucu bölgəsində baş verən terror hücumunda bir əsgər şəhid olub.
 
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir əsgər yaralanıb. Yaralanan əsgər İğdır Dövlət Xəstəxanasına aparılıb və hazırda müalicə alır.
 
Qeyd edək ki, hadisədə əl ilə düzəldilən partlayıcıdan istifadə olunub. Bölgədə terroristlərə qarşı başlanan əməliyyat davam edir.
# 1012
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar