Bu yollarda rəngləmə işləri aparılacaq
10 may 2019 12:06 (UTC +04:00)

Bu yollarda rəngləmə işləri aparılacaq

Bakı şəhəri, 28 May və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Lent.az-a 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
 
Verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
 
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 875
avatar

Oxşar yazılar