Sabah Xəzərdə yelkənli qayıqlar yarışacaq
10 may 2019 10:34 (UTC +04:00)

Sabah Xəzərdə yelkənli qayıqlar yarışacaq

Ulu Öndər Heydər Əliyevin 96 illik yubileyi münasibətilə ASCO və Yelkənli Qayıqlar Federasiyasının birgə təşkilatçılığı ilə yelkənli qayıqların yarışı olacaq.
 
Bu barədə Lent.az-a Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.
 
O bildirib ki, yelkənli qayıqların yarışı sabah saat 14:00-da Dənizkənarı Milli Parkda baş tutacaq. 
 
Qeyd edək ki, həmçinin sahildə maraqlı proqram da təşkil olunacaq.
# 942
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar