[b]Kuril adalarında və Yaponiyada güclü zəlzələ olub[/b]
10 may 2019 08:39 (UTC +04:00)

[b]Kuril adalarında və Yaponiyada güclü zəlzələ olub[/b]

Rusiya Elmlər Akademiyasının Geofizika Araşdırmalar Mərkəzinin Saxalin şöbəsi cümə günü səhər saatlarında Kuril adalarının Sakit okean sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alındığı barədə məlumat yayıb. 
 
ONA "RİA Novosti"-yə istinadən xəbər verir ki, "5.6 bal gücündə bir zəlzələ episentri Onekotan adasının 88 kilometr şərqində 69 kilometr dərinliyində olub.  Zəlzələ Paramuşir adasının rayon mərkəzində 3-4 bal gücündə hiss edilib. 
 
Təxminən, eyni saatlarda Yaponiyada da güclü zəlzələ qeydə alınıb. 6,3 bal gücündə hiss olunan zəlzələ Kyuşu adasının cənub-şərqində qeydə alınıb.   Zəlzələnin episentri Miyadzakidə 20 kilometr dərinliyində olub.  Əvvəlcə sunami təhlükəsi elan olunsa da, sonradan bu xəbər təkzib edilib.  Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
# 911
avatar

Oxşar yazılar