Bakıdakı finalın ilk iştirakçısı müəyyənləşdi - "Arsenal" paytaxtımıza gəlir
10 may 2019 01:15 (UTC +04:00)

Bakıdakı finalın ilk iştirakçısı müəyyənləşdi - "Arsenal" paytaxtımıza gəlir

Avropa Liqasının 2018/19 mövsümünün final oyununun ilk iştirakçısı müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Bakıda keçiriləcək həlledici görüşə ilk vəsiqə İngiltərə təmsilçisi “Arsenal”a nəsib olub.
 
London klubu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçda oynamaq hüququnu səfərdə qazanıb. İspaniyada “Valensiya”nın qonağı olan Unay Emerinin yetirmələri “Mestalya”dan qələbə ilə ayrılıblar – 4:2.
 
Evdəki ilk görüşdə də qələbə əldə edən “topçular” həlledici matça yüksəlib. Tarixində ikinci dəfə bu turnirin finalında oynayacaq “Arsenal” “Qalatasaray”a uduzduğu 2000-ci ildən sonra ilk dəfə bunu bacarıb.
 
Qeyd edək ki, “Arsenal”ın Avropa Liqasının final oyunundakı rəqibi “Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) duelində bəlli olacaq.
 
Avropa Liqası
 
Yarımfinal, cavab oyunları
 
9 may
 
23:00. “Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) – 2:4
Qollar: Qameyro, 11, 58 – Obameyanq, 17, 69, 88, Lakazett, 50
Baş hakim: Danni Makkeli (Hollandiya)
Valensiya. “Mestalya” stadionu
İlk oyun – 1:3
 
# 1403
avatar

Oxşar yazılar