Ərdəbildə Manna dövrülünə aid 3 minillik qədəh nümayiş etdiriləcək 
10 may 2019 05:54 (UTC +04:00)

Ərdəbildə Manna dövrülünə aid 3 minillik qədəh nümayiş etdiriləcək 

Beynəlxalq Muzeylər Günündə Ərdəbildə Manna Çarlığı dövrünə aid 3 minillik yaşı olan qədəh nümayiş etdiriləcək.
 
 ONA xəbər verir ki, bu barədə Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi məlumat verib. 
 
O qeyd edib ki, Muzeylər Həftəsi çərçivəsində Ərdəbildə Şeyx Səfiyyədin Kompleksinə aid bir neçə nəfis əsər, əhali tərəfindən hədiyyə edilən tarixi-mədəni əşyalar və ötən il ərzində tapılan bir neçə tarixi əsər də sərgilənəcək.
 
Qeyd edək ki, sözügedən gümüş qədəh daha 400 tarixi əşya ilə birlikdə Cənubi Azərbaycanın Xalxal şəhərində tapılıb.
# 1311
avatar

Oxşar yazılar