<b>Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunub - <span style="color:red;">FOTOLENT  - <span style="color:red;">YENİLƏNİB  - <span style="color:red;">VİDEO </b>
09 may 2019 16:21 (UTC +04:00)

Arif Məlikov I Fəxri Xiyabanda dəfn olunub - FOTOLENT - YENİLƏNİB - VİDEO

 
Xalq artisti, bəstəkar Arif Məlikov dəfn edilib.
 
ONA-nın məlumatına görə, bəstəkar I Fəxri Xiyabanda torpağa tapşırılıb.
 
 
15:44
 
Bakı Musiqi Akademiyasında xalq artisti, bəstəkar Arif Məlikovla vida mərasimi başa çatıb.
 
ONA-nın məlumatına görə, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Bəstəkar bu gün I Fəxri Xiyabanda torpağa tapşırılacaq.  
 
14:14
 
Hazırda Bakı Musiqi Akademiyasında Xalq artisti Arif Məlikovla vida mərasimi keçirilir.
 
ONA xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə mərhumun dostları, bəstəkarlar, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edir.
 
Dəfn vida mərasimindən sonra Arif Məlikov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

# 3174
avatar

Oxşar yazılar