Sabahın HAVA PROQNOZU
09 may 2019 12:44 (UTC +04:00)

Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Lent.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu  gecə 14-18° isti, gündüz  22-26° isti,
 
Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.
 
Atmosfer  təzyiqi normadan aşağı  756 mm civə sütununu təşkil edəcək.  
 
Nisbi rütubət   70-80 % olacaq.    
 
 
Azərbaycanın rayonlarınd fasilələrlə  yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13°  isti,  gündüz  15-18°  isti təşkil edəcək.  
 
# 1548
avatar

Səlcuq Elçin

Oxşar yazılar