Təbrizdə zəlzələ oldu
09 may 2019 12:45 (UTC +04:00)

Təbrizdə zəlzələ oldu

İranın Təbriz şəhərində zəlzələ baş verib.
 
ONA-nın İran bürosunun məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.
 
Zəlzələ 3.7 bal gücündə  və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşən  Basmənc və  Sərdrud bölgəsi olub.
 
Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.
# 1513
avatar

Oxşar yazılar