<b> ”Dədə malı” adlı yeni komedik serial çəkilir - <span style="color:red;">FOTOLAR </b>
09 may 2019 12:10 (UTC +04:00)

”Dədə malı” adlı yeni komedik serial çəkilir - FOTOLAR

Azərbaycanda ”Dədə malı” adlı yeni komedik serial çəkilir.
 
Lent.az-ın məlumatına görə, 12 hissədən ibarət serialın rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Azər Səlimli və Elsevər Camal, prodüseri Şahin Yusifov, quruluşçu operatoru isə Mehdi Yaqubovdur.
“ARB Media Qrup”a məxsus serialın çəkilişləri Xaçmaz rayonun füsünkar təbiəti ilə seçilən Qıraqlı kəndində, Quba rayonunda, həmçinin Bakı
şəhərində aparılacaq. Tamaşaçılara bol gülüş vəd edən serialın baş rollarını məşhur aktyorlar Coşğun Viləş, Rada Nəsibova, Əzizağa Əzizov, Elsəvər Camal və başqaları canlandırır.
Ssenariyə görə uzun müddətdir ki, Bakıda yaşayan iki oğul atalarının ölümündən sonra kəndə qayıdırlar. Xeyli borcu olan qardaşlar atalarından
qalan mirası-yəni “Dədə malını” necə böləcəklərinin planını qururlar. Amma atalarının vəsiyyəti onları xeyli təəccübləndirir. Belə ki, vəsiyyətə görə
mirasın qardaşlar arasında bölünməsi üçün inanılmaz şərtlər yerinə yetirməlidir. Elə bütün məcaralar da bundan sonra başlayır.
Maraqlı sujet xətti ilə fərqlənən serialda tamaşaçıları hadisələrin gözlənilməz ardıcıllığı və gülüş dolu anlar gözləyir.
Serial iyun ayından etibarən hər cümə günü, saat 20:45-də “ARB” televiziyasında yayımlanacaq.
# 1990
avatar

Oxşar yazılar