Moskvada Qələbə günü münasibəti ilə hərbi parad keçirilir
09 may 2019 11:52 (UTC +04:00)

Moskvada Qələbə günü münasibəti ilə hərbi parad keçirilir

 
Moskvada Qırmızı meydanda İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə parad keçirilir.
 
ONA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, mərasimdə Rusiya Prezidenti Vladimi Putin və Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev iştirak edir.
 
Parada 13 min hərbçi və 130 ədəd döyüş texnikası qatılıb. Hava şəraiti ilə əlaqədar olaraq təyyarə və helikopterlərin hava nümayişi təxirə salınıb. Paradı Rusiya müdafiə naziri Sergey Şoyqu qəbul edib və quru qoşunlarının baş komandanı Oleq Salyukov idarə edir.
# 1292
avatar

Oxşar yazılar