<b>Bu ərazilərdə 2 saat işıq olmayacaq -<span style="color:red;"> SİYAHI </b>
09 may 2019 11:12 (UTC +04:00)

Bu ərazilərdə 2 saat işıq olmayacaq - SİYAHI

 
Bu gün  saat 13.30-dan 16-00-dək  Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu  Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri,  28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin  elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.
 
“Azərişıq” ASC –nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu, "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma  işləri ilə əlaqədardır.
 
Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.
# 1427
avatar

Oxşar yazılar