Pompeo Qrenlandiya səfərini təxirə saldı
09 may 2019 10:50 (UTC +04:00)

Pompeo Qrenlandiya səfərini təxirə saldı

 
ABŞ dövlət katibi Mayk Pompeo Qrenlandiyaya səfərini təxirə salaraq Vaşinqtona qayıdıb.
 
ONA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
 
“Dövlət katibi Mayk Pompeoya Vaşinqtonda ehtiyac duyulduğundan o, bu gün üçün Qrenlandiyaya planlaşdırdığı səfəri təxirə salacaq”- deyə departamentin sözçüsü Mortqan Ortaqus bildirib.
 
Qeyd edək ki, mayın 8-i Londonda səfərdə olan ABŞ dövlət katibinin bu gün Qrenlandiyaya səfəri gözlənilirdi.  
# 1092
avatar

Oxşar yazılar