[b]Tarixi Təbriz bazarında yanğın olub - FOTO[/b]
09 may 2019 10:29 (UTC +04:00)

[b]Tarixi Təbriz bazarında yanğın olub - FOTO[/b]

İranda qədim Təbriz bazarında yanğın baş verib.
 
ONA-nın “Mehrnews”-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb. Bazarda yerləşən “İki Qapılı” mağazasında başlayan alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Yanğının başvemə səbəbləri araşdırılır.
 
Xatırladaq ki, Təbriz şəhərinin mərkəzində yerləşən tarixi Təbriz bazarı Yaxın Şərqin ən böyük bazarlarından biri hesab olunur və YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
# 1196
avatar

Oxşar yazılar