Gəmidə baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1-i evə buraxılıb
09 may 2019 09:36 (UTC +04:00)

Gəmidə baş verən yanğın nəticəsində xəstəxanaya yerləşdirilən xəstələrdən 1-i evə buraxılıb

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 14 nəfərdən 1-i evə buraxılıb.
 
Bu barədə özəl olaraq xəstəxanadan bildiriblər. Mərkəzi Neftçilər Xəstəxanasından verilən məlumata görə, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib:
 
"Ümumilikdə gəmidə14 nəfər xəsarət alıb. Onlardan 1 nəfər - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb. Xəsarət alanlardan 1 nəfərin yanıq xəsarətləri çox olduğundan həmin şəxs Respublika Yanıq Mərkəzində müayinə olunduqdan sonra yenidən Mərkəzi Neftçilər Xəstəxanasına qaytarılıb".
 
(Trend)
# 1123
avatar

Oxşar yazılar