“Tottenhem” ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib
09 may 2019 02:49 (UTC +04:00)

“Tottenhem” ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib

Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

 

ONA-nın məlumatına görə, cavab oyunları Hollandiyadakı matçla başa çatıb.

 

“Ayaks” Amsterdamda İngiltərə təmsilçisi “Tottenhem”i qəbul edib. Səfərdə 1:0 hesabı ilə qalib gələn meydan sahibləri cavab oyununa da fəal başlayıblar.

 

Erkən qola sevinən “Ayaks” ilk yarının sonlarında fərqi artırıb. London təmsilçisi yalnız ikinci yarıda özünə gəlib.

 

“Tottenhem” fasilədən az sonra hesabda tarazlıq yaradıb. Lukas Moura 5 dəqiqə ərzində iki qol vurub. Braziliyalının son saniyələrdə vurduğu qol “Tottenhem”i tarixində ilk dəfə finala daşıyıb.

 

Qeyd edək ki, “Tottenhem”in finaldakı rəqibi turnirin beşqat qalibi “Liverpul” olacaq. İngiltərə klubu yarımfinalda “Barselona”nı (İspaniya) mübarizədən kənarlaşdırıb. Çempionlar Liqasındakı İngiltərə finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda keçiriləcək. 

 

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Ayaks” (Hollandiya) – “Tottenhem” (İngiltərə) – 2:3

Qollar: De Liqt, 5, Ziyeh, 35 – Moura, 55, 59, 90+5
Baş hakim: Feliks Brix (Almaniya)
Amsterdam. Yohan Kroyf Arena
İlk oyun – 1:0

# 1394
avatar

Oxşar yazılar