[b]Müəllim olmaq istəyənlər üçün SINAQ İMTAHANI olacaq[/b]
08 may 2019 19:52 (UTC +04:00)

[b]Müəllim olmaq istəyənlər üçün SINAQ İMTAHANI olacaq[/b]

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.
 
Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.
 
Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
 
"Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək", - deyə TN-nin məlumatında bildirilir.
# 1934
avatar

Aygün İbrahimli

Oxşar yazılar