Samboçularımız Avropa çempionatında iştirak edəcəklər
08 may 2019 19:44 (UTC +04:00)

Samboçularımız Avropa çempionatında iştirak edəcəklər

Mayın 16-20-də İspaniyanın Xixon şəhərində kişilər və qadınlar arasında idman və sambo döyüşü üzrə Avropa çempionatı keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi qitə yarışında idman sambosu üzrə 5, döyüş sambosu üzrə 1 idmançı təmsil edəcək. Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fərid Mikayılov (68 kq), Samir Kərimov (74 kq), Çingiz Ramazanov (100 kq) idman, Bəxtiyar Abbasov (82 kq) isə döyüş sambosu yarışlarında mübarizə aparacaqlar.
# 1846
avatar

Oxşar yazılar