Hazardın "Real"a keçidi alınmaya bilər
08 may 2019 19:25 (UTC +04:00)

Hazardın "Real"a keçidi alınmaya bilər

Bir müddət öncə "Real"la anlaşdığı iddia olunan "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazardın mövsümün sonunda "Real"a keçidi alınmaya bilər.
 
Lent.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb London klubunun transfer qadağası ilə bağlı FİFA-ya etdiyi müraciətin rədd olunmasıdır. "Zadəgan"lar yay transfer pəncərəsində yeni futbolçular ala bilməyəcəklər ki, bu da bəzi aparıcı oyunçuların satılmamasına gətirib çıxara bilər.
 
Hazarda yaxın mənbələrdən birinin "AS" nəşrinə ötürdüyü məlumata görə, FİFA-nın qərarı belçikalı ulduzun "Real"a keçidinə problem yaradacaq.
 
Qeyd edək ki, "Çelsi"nin qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.
# 1834
avatar

Oxşar yazılar