Rusiyalı futbolçulara hökm oxundu
08 may 2019 17:53 (UTC +04:00)

Rusiyalı futbolçulara hökm oxundu

Rusiyalı futbolçular Pavel Mamayevlə Aleksandr Kokorinin məhkəməsi başa çatıb.
 
ONA-nın məlumatına görə, Moskvanın mərkəzində qalmaqal törədən oyunçular baş verənlərdə günahkar sayılıb və onlara hökm oxunub.
 
“Krasnodar”ın yarımmüdafiəçisi P.Mamayev və dava-dalaşda iştirak edən Aleksandr Protasovitski cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirməklə 1 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. “Zenit”in hücumçusu A.Kokorin və qardaşı Kirill Kokorin isə onlardan 1 ay çox cəzalanıblar – 1 il 6 ay. 
 
Qardaşlar cəzanın çəkilməyən 7,5 ayını, digərləri 6,5 ayını həbsdə keçirəcəklər. 
 
Qeyd edək ki, A.Kokorin və P.Mamayev ötən il oktyabrın 8-də Moskvanın mərkəzində iki davanın səbəbkarı olublar. İnsident nəticəsində üç nəfər xəsarət alıb, futbolçular isə üç gün sonra saxlanılıblar. Onlarla birlikdə “Butırka” istintaq təcridxanasına daha iki şəxs – A.Kokorinin kiçik qardaşı K.Kokorin və A.Mamayevin dostu A.Protasovitski də yerləşdirilib. İlkin olaraq onlara iki aylıq həbs cəzası verilib. Sonradan bu müddət üç dəfə uzadılıb. Bundan öncə baş tutan sonuncu məhkəmədə isə onların saxlanması 6 aylıq – sentyabrın 25-dək artırılıb.
# 1714
avatar

Oxşar yazılar