Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək? <span style="color:red;">AÇIQLAMA
08 may 2019 16:57 (UTC +04:00)

Qiymətlərin kəskin düşməsi internetin keyfiyyətinə təsir edəcək? AÇIQLAMA

“Delta Telekom LTD” MMM  istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kompaniyaların keçirilməsini planlaşdırır.

Lent.az xəbər verdiyi kimi, 10 may tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən  70%-ə qədər endirim olunacaq. 

Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər qarşısında satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə  qiymətlərdə endirim etməsi öhdəliyini qoyulub.

“Delta Telekom LTD” MMM-nin verdiyi məlumatda bu addımın hər bir istifadəçinin öz evində və mobil telefonunda hiss edəcəyi qeyd olunub.

Qeyd edək ki, bu xəbərdən sonra internet istifadəçiləri öz sosial şəbəkələrində qiymətlərin ucuzlaşması fonunda internetin keyfiyyətinin aşağı düşəcəyi ilə bağlı fikirlər paylaşırlar.

 

İndi əsas sual budur - İnternetin qiymətinin ucuzlaşması keyfiyyətə mənfi təsir edə bilərmi? Bəzi ekspertlər deyirlər ki, bu məsələ mütləq keyfiyyəti aşağı salacaq. 

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hazırda ölkədə internet bazarında qiymət və keyfiyyətlə bağlı problemin olduğunu bildirib: “Hətta qonşu ölkələrlə müqayisə etsək görərik ki, bizdə vətəndaşın ödədiyi məbləğə aldığı sürətlə Rusiyada və ya digər ölkələrdə aldığı sürət arasında çox fərq var. Bizdə ödədiyin məbləğ  müqabilində daha az internet almaq olur. İnternet bazarımızın spesfikliyi odur ki, yerli internet bazarına qiymətləri bazar diktə etmir. Bəzən Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyi bazarın müəyyən etdiyini desə də, bunun reallığı əks etdirmədiyini düşünürəm. Çünki bazarda dövlət provayderləri var onlar da 50 faizə nəzarət edir. Həmin provayderlər də, nazirlikdən xəbərsiz qiymətləri sala bilmir. Belə olan halda bazar bunu necə müəyyən edə bilər?”.

Pravayder tərəfindən qiymətlərlə bağlı atılan addımın doğru olduğunu deyən O.Gündüz  bu yenilkdən sonra bazarda qiymətlərin dəyişəcəyini gözlədiyini deyib: “Bizdə geniişzolaqlı intertent, adambaşına düşən yüksək sürətli internetlə bağlı problemlər var. Beynəlxalq təşkilatların hesabatında da bu görünür. Ola bilsin ki, bu addımdan sonra vəziyyət düzəlsin.

70 fazi böyük rəqəmdir. İkinci provayderlərin qarşısnda duran əsas məsələ qiymət endirimidir. İki hal gözləmək olar. Ola bilər provayderlər qiymətləri salacaqlar, sürətə toxunmayacaqlar.  Bunu real hesab etmirəm. İkinci halda provayder qiymətə əl gəzdirmədən, sürəti artıra bilər. Bu anlaşılandır və hesab edirəm ki, internetin inkişafına müsbət təsir edəcək”.

# 2898
avatar

Aygün İbrahimli

Oxşar yazılar