“Eurovision” təmsilçimiz Təl-Əvivdə ilk məşqinə çıxıb
08 may 2019 15:39 (UTC +04:00)

“Eurovision” təmsilçimiz Təl-Əvivdə ilk məşqinə çıxıb

Ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb
 
Lent.az xəbər verir ki, Çingiz “Truth” mahnısını canlı ifa edərək şou göstərib.
 
Səhnədə üçbucaq formalı, işıqlı dekorasiya quraşdırılıb, arxa fonda mavi dalğa effektləri verilib və qadın surəti peyda olub. Səhnədəki robotlar qollarındakı lazerlərlə müğənninin üzərinə ürək şəkli həkk etdirir. Çingizi 5 bek-vokalçı müşayiət edib.
 
Onun performansı hər kəs tərəfindən alqışlanıb. Çingizin məşqi bukmeyker (mərc) proqnozlarına da təsir edib. Belə ki, 13-cü sırada qərarlaşan Azərbaycan sürətlə 5-ci pillədə öz yerini tutub. 
 
 

# 2100
avatar

Oxşar yazılar