<b>Xəstələrə “ağıllı xəstə qolbağı” paylanıldı -<span style="color:red;"> Azərbaycan səhiyyəsində İLK </b>
08 may 2019 15:22 (UTC +04:00)

Xəstələrə “ağıllı xəstə qolbağı” paylanıldı - Azərbaycan səhiyyəsində İLK

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb. Belə ki, həmin səhiyyə müəssisəsində xəstələrə “ağıllı xəstə qolbağı” paylanılıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər.
 
Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan “ESİM Yazılım” şirkətinin “OTOMATIP” Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.
# 1407
avatar

Aygün İbrahimli

Oxşar yazılar