[b]Nazirlik çimərliklərdə monitorinqə başladı[/b]
08 may 2019 15:02 (UTC +04:00)

[b]Nazirlik çimərliklərdə monitorinqə başladı[/b]

 
Səhiyyə Nazirliyi tərəfindən çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.
 
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ONA-ya deyib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır.
 
Z. Kazımov qeyd edib ki, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək: "Analizlərin nəticələri, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ictimaiyyətə geniş məlumat veriləcək”.
# 837
avatar

Oxşar yazılar