Messi 6 ildir səfərdə qol vura bilmir
08 may 2019 15:11 (UTC +04:00)

Messi 6 ildir səfərdə qol vura bilmir

İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının pley-off mərhələlərində səfər sindromu ilə üzləşib.
 
ONA-nın məlumatına görə, argentinalı hücumçu 6 ildən çoxdur rəqib meydanlarında qol vurmur.
 
Söhbət Çempionlar Liqasının 1/8, 1/4 və 1/2 finalında keçirilən səfər qarşılaşmalarından gedir. L.Messi sonuncu dəfə 2013-cü il aprelin 2-də PSJ ilə 1/4 finalın Fransadakı qarşılaşmada fərqlənib. Bundan sonra 9 dəfə rəqib meydanlarına çıxan cənubi amerikalı qola həsrətdir.
 
Qeyd edək ki, “Barselona” yarımfinalın “Liverpul”la dünən keçirilən səfər matçında 0:4 hesabı ilə uduzaraq ilk oyundakı 3:0-lıq üstünlüyü əldən verib. 
# 1123
avatar

Oxşar yazılar