<b>Rasim Musabəyovdan "pop-korn" etirazlarına <span style="color:red;">İLK CAVAB : <span style="color:red;">“Narahat deyiləm, buyursunlar”  </b>
08 may 2019 15:02 (UTC +04:00)

Rasim Musabəyovdan "pop-korn" etirazlarına İLK CAVAB: “Narahat deyiləm, buyursunlar”

“Təəssüf ki, yazdıqlarım bir kənarda qaldı, məni hədəfə çevirdilər”.

Bu sözləri Lent.az-a açıqlamasında iki gündür feysbukda "Azneft" meydanı yaxınlığında olan yeraltı keçiddə "pop-korn" satan uşağın şəklini paylaşaraq, yazdığı statusla müzakirələrə və etirazlara səbəb olan Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, qapalı yerlərdə nə pop-korn, nə də ki, dönər satmaq olmaz:

“Orada nəfəs almaq mümkün deyil. Satmaq istəyənlər bunu küçədə, metro ətrafında, bulvarda etsinlər. Keçiddə bunu satmaq qəti olmaz.

Bilirsiniz, cürbəcür fikirlər var, mənim statusuma dəstək verənlərin sayı, mənfi fikirlərdən qat-qat çox oldu. Mənə yazdığım statusdan sonra 150 nəfər dostluq üçün müraicəti edib, 300-ə qədər isə izləyici sayım artıb. Ona görə də bu ittihamlar məni darıxdırmır, narahat deyiləm. İnsanlar yazdıqlarıma cürbəcür yanaşırlar, kiminsə ürəyi doludur, fürsət axtarır ki, öz qəzəbini  töksün. Nə deyim, buyursunlar”.

Xatırladaq ki, dünən deputat Azneft meydanı yaxınlığında olan yeraltı keçiddə popkorn satan uşağın şəklini paylaşaraq, status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi.

Bu gün isə R.Musabəyov qeyd etdiyi yeraltı keçidin popkorn qoxusundan azad olduğunu bildirib:

“Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları mənə ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər. Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadəcə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.

 

# 4633
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar