Təhsil naziri qan verdi
08 may 2019 12:59 (UTC +04:00)

Təhsil naziri qan verdi

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak edib.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər.

Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

# 790
avatar

Oxşar yazılar