Ən kədərli insanlar - <span style="color:red;">Emosiyalar üzrə ölkələrin SİYAHISI
08 may 2019 12:42 (UTC +04:00)

Ən kədərli insanlar - Emosiyalar üzrə ölkələrin SİYAHISI

Azərbaycan mənfi emosiyalı olan ölkədir?: “Əgər insan gülümsəməyi unudursa, deməli onda ciddi psixoloji narahatlıq var”
 
Əhalisi daha az mənfi emosiyalı olan ölkələr arasında Azərbaycan ön sırada yer alıb.
 
Belə ki, ABŞ-ın “Gallup” ictimai rəy təşkilatının hesabatında müxtəlif emosiyalar üzrə ölkələrin siyahısı tərtib olunub. Siyahıda göstərilib ki, dünya əhalisinin 22 faizi daim əsəb, 24 faizi daim kədər hiss edir, 39 faiz isə daim narahatdır.
 
Daha az mənfi emosiyalı olan ölkələr arasında yer alan Azərbaycan Qırğızıstan, Latviya və İsveçlə yanaşı 19 bal toplayıb. Ən çox mənfi emosiyalı əhalisi olan ölkələr arasında birinci yerdə isə 54 xalla Çad qərarlaşıb.
 
Maraqlı olan isə budur ki, tez-tez ölkədə fəaliyyət göstərən psixoloqlar insanların daha çox əsəb, stressdən əziyyət çəkdiklərini və əhalinin əksəriyyətinin bu səbəbdən də küçədə gedərkən gülümsəməmələrini bildirirlər.
 
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan psixoloq Sevinc Baxışova bildirib ki, son zamanlar ölkədə insanların bir-birlərinə qarşı aqressiyası pik həddə çatıb:
 
 
“Ümumiyyətlə, indi cəmiyyətdə aqressivləşmə, narazılıq ab-havası var. İnsanlar sanki gülümsəməyi, sevinməyi unudub. Bundan başqa cəmiyyətdə boşanmaların, qətllərin, intiharların da sayı gün keçdikcə çoxalır. 
 
İnsanlar olan yerdə mütləq aqressiya olmalıdır. İnsan psixologiyası illər ötdükcə dəyişir. Əlbəttə ki, bütün dövrlərdə aqressivlik olub, var və olacaqdır. Sadəcə bir məqamı xatırladım ki, əvvəllər insanlarda xarakter də, ailə modulu da çox fərqli idi və dəyərlər sistemi bu qədər ölmüş vəziyyətdə deyildi. Hazırda insanların daxilində, düşüncələrində xaotik bir durum yaranıb deyə aqressivləşmə bu gün daha çoxdur. Əgər insan gülümsəməyi unudursa, deməli onda ciddi psixoloji narahatlıq var. İnsan aqressiv deyilsə, onun ətrafındakı insanlar da aqressiv olmayacaq”.
 
Psixoloq insanlar üçün bəzi məsləhətlər də verib:
 
“Mənasız, boş şeylərə görə narahatçılıq keçirməyin, xırda məsələlərə görə xoşbəxtliyinizin pozulmasına yol verməyin. Bəzi məsələlərin həlli sizin imkanınız daxilində deyilsə, bu vəziyyətlə barışmağa çalışın”.
 
 
# 1297
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar