Kiyev “Dinamo”su azərbaycanlı futbolçunu baxışa çağırdı
08 may 2019 12:06 (UTC +04:00)

Kiyev “Dinamo”su azərbaycanlı futbolçunu baxışa çağırdı

Ukraynanın “Dinamo” klubu azərbaycanlı futbolçunu baxışa çağırıb.
 
ONA-nın məlumatına görə, Kiyev təmsilçisinin sınaqdan keçirdiyi 18 yaşlı Hüseyn Cəfərov Azərbaycan və Rusiya vətəndaşlığına malikdir.
 
Bunadək Kazanın “Rubin” klubunda baxışda olan yarımmüdafiəçi əsas komandanın məşqlərinə qatılıb. O, bir neçə yoxlama görüşündə də şans qazanıb. 
 
Qeyd edək ki, H.Cəfərov Rusiyanın Sankt-Peterburq şəhərinin həvəskar komandalarında çıxış edib, həmçinin özünü çimərlik futbolunda sınayıb.
# 980
avatar

Oxşar yazılar