[b]Ermənilər Göyçə gölünü “BOĞUR”: yüzminlərlə pullar silinsə də...[/b]
08 may 2019 11:54 (UTC +04:00)

[b]Ermənilər Göyçə gölünü “BOĞUR”: yüzminlərlə pullar silinsə də...[/b]

“Göyçə gölünün sahilyanı sahələrinin çirkabdan təmizlənməsi üçün keçən il planlaşdırma aparılsa da, heç bir iş görülməyib”. 
 
Lent.az Ermənistanın "Jagovurd" nəşrinə istinadla xəbər verir ki, gölməçənin həddən artıq çirklənmə təhlükəsi daha da artmaqdadır.
 
Qeyd edilib ki, ötən il hətta bu məqsədlə 600 min avroya "Watermaster Classic II" çoxfunksiyalı ekskavator alınıb, lakin onun gölün ətrafında bir dəfə də olsun görən olmayıb. 
 
Baxımsız qalan Göyçə çürümüş ağaclar, kol-koslar və artıq tullantılardan “boğulur”.
 
Ermənistanın Təbiəti mühafizəsi nazirliyinin Satınalma departamentinin rəhbəri Roman Çobanyan qəzetə verdiyi açıqlamada qeyd edib ki, ötən il bununla bağlı tender elan olunub və qalib şirkətlə müqavilə bağlanıb. 
 
Fakt isə faktlığında  qalmaqdadır, pullar silinir, Göyçə isə çirkabdan “boğulur”. 
# 1286
avatar

Oxşar yazılar