<b>Nazəninlə Cabbar Musayev bunu ilk dəfə etdi - <span style="color:red;">VİDEO</b>
08 may 2019 10:43 (UTC +04:00)

Nazəninlə Cabbar Musayev bunu ilk dəfə etdi - VİDEO

Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

 

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları əməkdar artist Könül Kərimova və bəstəkar-müğənni Cabbar Musayev, müğənnilər Gülnarə Bakılı, Loğman Məlikov olub.

 

Proqram zamanı K.Kərimova ilə C.Musayevin həyat yolundan hazırlanmış video nümayiş etdirilib. Əməkdar artist həmin görüntüyə baxdıqdan sonra kövrəldiyini vurğulayıb:

“Çox kövrəldim. Özümün yadıma düşdü ki, hardan hara gəlib çıxmışam. Allah zəhmətinizi yerə vurmasın. İlk çıxışım 4-cü sinifdə “Mən bahırn qızıyam” adlı mahnı ilə olub. Hər zaman deyirəm ki, xor böyük məktəbdi. Həmin vaxtdan Əfsər Cavanşirovun “Bənövşə” xorunda işləyirdim. Keçmiş görüntülərimə baxanda qəhərləndim”.

 

Verilişin sonunda müğənni Nazənin həmkarı Cabbar Musayevlə birgə ifa etdiyi “Sevdim səni mən” adlı mahnını ilk dəfə efirdə oxuyub.

 

Onu da əlavə edək ki, həmin bəstənin musiqisi Cabbar Musayevə, sözləri Hacı Lütvəliyə məxsusdur. 

 

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

# 2074
avatar

Yalçın UĞUR

Oxşar yazılar