Dumanlı hava şəraiti ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
08 may 2019 11:03 (UTC +04:00)

Dumanlı hava şəraiti ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron
yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.
 
Qeyd edək ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir. Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.
 
Bildiririk ki, dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb.

09:44

Bakıda hazırda duman müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bu gün paytaxtda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-29, Bakıda 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aranda 27-32, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

 

 

 

# 1294
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar