Kolorado ştatında məktəbdə baş vermiş atışmada bir şagird öldürülüb, 7-si yaralanıb - YENİLƏNİB - VİDEO
08 may 2019 07:48 (UTC +04:00)

Kolorado ştatında məktəbdə baş vermiş atışmada bir şagird öldürülüb, 7-si yaralanıb - YENİLƏNİB - VİDEO

ABŞ-ın Kolorado ştatındakı məktəblərdən birində baş vermiş atışma nəticəsindəı 1 şagird öldürülüb.
 
ONA-nın məlumatına görə, yaralanan şagirdlərdən 4-nün vəziyəti ağırdı. Onların 15 və daha yuxarı yaş qruplarına aid olduğu bildirilir. 
 
Ştat polisinin yaydığı məlumatda qeyd edilib ki, məktəblilərə eyni vaxta müxtəlif iki istiqamətdən atəş açılıb.
 
 
03:52
 
 
ABŞ-ın Kolorada ştatında məktəblərin birində yerli vaxtla saat 01:53-də  atışma səsləri eşidilib. 
 
ONA foxnews.com-a istinadla xəbər verir ki, Duqlas dairəsinin polis dərhal hadisə yerində olub.
 
Rəsmi açıqlamalara görə, ilkin olaraq azı yeddi şagirdin yaralandlığı bildirlib. Lakin dugər mənbələrin bu rəqəmin 8 və daha çox olduğu deyilir. 
 
Polis məktəbin bütün otaqlarında əməliyyat-axtarış tədbirləri həyata keçirib. 
 
Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlər barədə heç bir məlumat verilməyib.
 
Hadisədə şübhəli bilinən iki şəxs saxlanılıb.
 
 

# 1148
avatar

Oxşar yazılar