[b]"Mahnımın səhnə quruluşunu sevirəm" - Çingiz Mustafayev[/b]
07 may 2019 18:57 (UTC +04:00)

[b]"Mahnımın səhnə quruluşunu sevirəm" - Çingiz Mustafayev[/b]

“Düzünü desəm, səhnə quruluşunu sevirəm və bu tamamilə əladır. Bəllidir ki, səhnə üçün “Truth” mahnısından ilham alınıb”.
 
ONA-nın xəbərinə görə, bu sözləri “Eurovision 2019”da ölkəmizi təmsil edən Çingiz Mustafayev deyib.
 
“İdeya ondan ibarətdir ki, mənim yaralı ürəyim çox ağrıyır və mən onu mexaniki ürəklə əvəz etməliyəm. Hansısa bir robot mənə ürək ağrımdan canımı qurtarmağa və keçmiş sevgilimi unutmağa kömək edir. Başa düşürəm ki, məni ancaq həqiqəti qəbul etmək, zəhərli sevgini dayandırmaq və ürəyimi işığa açmaq müalicə edə bilər”, – deyə o qeyd edib.
 
Unikal qrafika Çingiz Mustafayevin səhnədə tək olsa da, sevgi hekayəsinin dramaturgiyasını anlatması üçün kifayət edir. Görüntü 2016-cı ildə “Eurovision” mahnı müsabiqəsində qalib gələn Camalanın səhnəsi üçün vizual effektləri hazırlayan “Front Pictures Creative Studio” şirkətinə məxsusdur. Şirkət həmçinin “America’s Got Talent” və məşhur müğənni Pink-in “The BRIT Awards 2019” çıxışında da iştirak edib.
 
Kreativ studio səhnə qrafikasının hazırlanması üçün Moskvada yerləşən və regionun ən böyük şirkəti olan “GST” ilə əməkdaşlıq edib.
 
Azərbaycanın “Eurovision 2019” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova açıqlamasında “Truth”un səhnə quruluşunun vizual cəhətdən heyran etdiyini və cəsarətli olduğunu açıqlayıb: “Azərbaycan 11 ildir “Eurovision”da iştirak edir və siz bizim nümayəndə heyətinin yaddaqalan, atəşli, hətta romantik quruluşlarını görmüsünüz. Lakin bu, tamamilə yeni və emosionaldır. Səbirsizliklə tamaşaçıların Çingizlə bağlı fikirlərini gözləyirəm”.
 
Qeyd edək ki, Çingiz Mustafayev 16 may tarixində “Eurovision 2019” mahnı müsabiqəsinin II yarımfinalında 18 nömrə altında səhnəyə çıxacaq.
# 1995
avatar

Oxşar yazılar