[b]İmamoğluna sosial mediada dəstək artdı[/b]
07 may 2019 18:34 (UTC +04:00)

[b]İmamoğluna sosial mediada dəstək artdı[/b]

Türkiyədə Yüksək Seçki Komissiyasının (YSK) İstanbuldakı bələdiyyə seçkilərinin yenidən keçirilməsi ilə bağlı qərarından sonra sosial mediada Əkrəm İmamoğluna dəstək artıb.
 
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, tvitterdə İstanbul Böyükşəhər Bələdiyyəsi 31 mart seçkisinin nəticələrinin ləğvindən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsi Əkrəm İmamoğlunu izləmədən çıxarıb. Buna baxmayaraq, İmamoğlunun izləmə siyahısı durmadan artır. 
 
Belə ki, 31 mart İstanbul seçkilərinin qalibini təxminən hər saniyədə iki nəfər izləməyə başlayır.
 
Xatırladaq ki, İstanbulda təkrar seçki iyun ayının 24-də keçiriləcək.
# 2186
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar