[b]Bu şəxslər dövlət hesabına təhsil alacaqlar[/b]
07 may 2019 17:50 (UTC +04:00)

[b]Bu şəxslər dövlət hesabına təhsil alacaqlar[/b]

"Azərbaycanın ali təhsil müəssisələrində I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud tələbələrin sayı təxminən 2500 nəfərə yaxındır".
 
ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
 
Nazir qeyd edib ki, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamı 2019-2020-ci tədris ilindən qüvvəyə minəcək: "Sentyabrdan bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
# 1614
avatar

Oxşar yazılar