İYİ Partiya YSK-ya müraciət etdi
07 may 2019 17:36 (UTC +04:00)

İYİ Partiya YSK-ya müraciət etdi

Türkiyədə Yüksək Seçki Komissiyasının (YSK) qərarı müzakirələrə səbəb olub.
 
Lent.az türk mediasına istinadən xəbər verir ki, İYİ Partiyası YSK-ya İstanbuldakı seçimlərin yenilənməsinə dair qərara yenidən baxılması ilə bağlı müraciət edib.
 
Xatırladaq ki, yenidən keçiriləcək İstanbul seçkilərindən imtina edən partiyalar da olub. 
 
Belə ki, Türkiyə Kommunist Partiyası (TKP), Əməkçi Hərəkat Partiyası (EHP) və Türkiyə Kommunist Hərəkatı (TKH) seçimdə iştirak etməyəcəklərini bəyan ediblər.
 
Həmçinin Səadət Partiyası və Demokratik Sol Partiyasının da İstanbulda keçiriləcək 23 iyun seçkilərindən imtina edəcəkləri gözlənilir.
 
# 1519
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar