Millimiz qalib gəldi
07 may 2019 15:49 (UTC +04:00)

Millimiz qalib gəldi

16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Minsk şəhərində təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
 
Məlumata görə, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Alina Nəhmədova və Nisrine Zerioul vurub.  
 
U-16 növbəti oyununu mayın 9-da Belarus yığmasına qarşı keçirəcək.
# 1108
avatar

Oxşar yazılar