Nazir: "20 mindən çox gənc müəllim işə qəbul olunub"
07 may 2019 15:46 (UTC +04:00)

Nazir: "20 mindən çox gənc müəllim işə qəbul olunub"

"Son illərdə “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın icrasının təmin edilməsi istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində müəllimlik peşəsinə maraq əhəmiyyətli dərəcədə artıb".
 
ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
 
Onun sözlərinə görə, ötən il 500-dən çox bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçib.
 
Nazir qeyd edib ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb: "Son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub". 
# 949
avatar

Oxşar yazılar