21 saat oruc tutan müsəlmanlar: susuz qalmağın fəsadı varmı?
07 may 2019 12:28 (UTC +04:00)

21 saat oruc tutan müsəlmanlar: susuz qalmağın fəsadı varmı?

Dünəndən etibarən ölkəmizdə müqəddəs Ramazan ayı başlayıb və qarşıda bayram namazınadək hələ 28 gün qalır.
 
Ramazan ayları bahar və yay fəslinə düşdükdə şərtlər daha da çətinləşir. Belə ki, günün uzunluğuna diqqət yetirdikdə insan orqanizminin fiziki olaraq buna nə dərəcədə tab gətirməsi sual doğurur. 
 
Oruc saatları dünyanın müxtəlif ölkələrində fərqlidir. Məsələn, ən qısa müddət 9 saat 20 dəqiqə Argentinadadır. Azərbaycan və Türkiyədə isə təxminən 17 saat oruc tutulduğu halda, bəyaz gecələrin baş verdiyi və günəşin demək olar ki, heç batmadığı Skandinaviya ölkələrində bu müddət 21 saatdır. 
 
Maraqlıdır, 21 saat ac, susuz qalmaq insan orqanizmi üçün hansı fəsadlara səbəb olar bilər? 
 
Sualımızın birinci hissəsi ilə bağlı Lent.az-a açıqlama verən həkim-terapevt Rasif Bağırov bildirib ki, 20-21 saat, hətta 1 gün ac, susuz qalmaq orqanizmdə heç bir fəsada səbəb ola bilməz:
 
“İnsana ac və susuz qalmaq o vaxt fəsad verə bilər ki, orqanizmdə yavaş-yavaş dehidrasiya (quruma) prosesi başlasın. Dehidrasiya prosesi hüceyrədaxili mayenin azalması deməkdir. Mayenin azalması prosesi başladıqda isə yavaş-yavaş orqanizmdə müəyyən dəyişikliklər yaranır və bu ciddi xəstəliklərə səbəb ola bilir”.
 
QEYD:
 
Dehidrasiya prosesi bədəndə getdiyi zaman su çatışmazlığı yaranır ki, bu da dərini qurudur və nəmlənməsinə mane olur.  Həmçinin dehidrasiya prosesi gedərkən insanlarda ilk olaraq baş ağrısı və halsızlıq müşahidə edilir.
 
 
# 1841
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar