Bu yollarda rənglənmə işləri aparılır
07 may 2019 12:26 (UTC +04:00)

Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
 
Verilən məlumata görə, anoloji işlər Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq .
 
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 718
avatar

Aygün İbrahimli

Oxşar yazılar