[b]Xəstənin boynunda mürəkkəb əməliyyat UĞURLA NƏTİCƏLƏNDİ - FOTO[/b]
07 may 2019 12:05 (UTC +04:00)

[b]Xəstənin boynunda mürəkkəb əməliyyat UĞURLA NƏTİCƏLƏNDİ - FOTO[/b]

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub.
 
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov bildirib ki, mürəkkəb əməliyyat uğurla nəticələnib.
 
 
Qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkən xəstənin müayinəsi zamanı boynunun 2 tərəfində yırtıqlar aşkarlanıb.
 
Neyrocərrahın sözlərinə görə, bu xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib. Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: “Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.
 
 
Mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.
# 848
avatar

Oxşar yazılar