AQTA-dan xanım jurnalistlərə müraciət
06 may 2019 19:09 (UTC +04:00)

AQTA-dan xanım jurnalistlərə müraciət

"AQTA qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə tədbirləri ilə paralel maarifləndirmə işlərini də həyata keçirir. Məqsədimiz sağlam qidalanmanı təşviq etməklə əhalinin sağlamlığını qorumaqdır". Lent.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva xanım jurnalistlərə müraciətində bildirib. 
 
"Qadınların cəmiyyətdə və ailədə aparıcı qüvvə olduğunu nəzərə alaraq sizə müraciət edib, hamınızı burda toplamaq istədim" deyən A.Fərziyevanın sözlərinə görə, qida təhlükəsizliyi bir qurumun yox bütöv bir cəmiyyətin problemidir. 
 
"Peşənizi, cəmiyyətdəki mövqeyinizi və təsir imkanlarınızı nəzərə alaraq bu sahədə sizin də edə biləcəyiniz çox şey var deyə bilərik. 
 
Dəyərli xanım həmkarlarım, gəlin bu işdə gücümüzü birləşdirək. Sağlam gələcək sizdən, bizdən, hamımızdan başlayır. Övladlarınızı, sevdiklərinizi, ətrafınızdakı hər kəsi sağlam qidalanmağa yönəltməklə bizə dəstək olun və öz təkliflərinizi bizə yazın. Buradan, inboxda və ya istənilən platformada sizi dinləməyə və sizə hər cür metodiki köməklik etməyə hazırıq.
 
Sabahımız üçün birgə əməkdaşlığımızı genişləndirməyə ehtiyac var. AQTA-nın qapıları hər zaman üzünüzə açıqdır. Həftədə və ya ayda bir dəfə vaxt təyin edib övladlarınızın da iştirakı ilə qeyri-rəsmi formatda görüşməyə nə deyirsiz? Bu istiqamətdə təkliflərinizi gözləyirəm". 
# 1608
avatar

Aygün İbrahimli

Oxşar yazılar