Yaponiya hökuməti kibersilah qismində kompüter virusları yaradır
06 may 2019 19:57 (UTC +04:00)

Yaponiya hökuməti kibersilah qismində kompüter virusları yaradır

Yaponiya Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, yaradacağı zərərverici proqram təminatı bu ölkənin ilk kibersilahı olacaq.
 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, zərərverici proqramlar cari maliyyə ilinin sonunadək hazır olacaq.
 
 
Layihə üzərində dövlət xidmətçiləri deyil, kənar tərtibatçılar işləyəcəklər.
 
Qeyd etmək lazımdır ki, Yaponiya kibersilahdan, ehtimal ki, yalnız müdafiə məqsədilə (məsələn, Yaponiya təşkilatları kiberhücumlara məruz qaldığı hallarda) istifadə edəcək. O zaman cinayətkarlara cavab kimi virus göndəriləcək. Lakin hələ ki kibersilahdan istifadənin ətraflı ssenarisi və təfərrüatı məlum deyil.
# 1607
avatar

Oxşar yazılar