NATO baş katibi Türkiyədə S-400 məsələsini müzakirə edib
06 may 2019 17:52 (UTC +04:00)

NATO baş katibi Türkiyədə S-400 məsələsini müzakirə edib

NATO baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.
 
ONA-nın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun "Twitter" səhifəsində istinadən verdiyi xəbərə görə, NATO baş katibi Aralıq Dənizi Dialoqunun 25-ci ildönümü münasibətilə keçirilən toplantıda iştirak edib. O, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 
 
Rəsmilər NATO-Aİ münasibətləri və Türkiyənin S-400 sistemini alması kimi məsələləri müzakirə ediblər. Onlar həmçinin Londonda baş tutacaq NATO dövlət və hökumət başçılarının toplantısına hazırlıq prosesi barədə danışıblar.
# 1675
avatar

Oxşar yazılar