Qanıx çayı Gürcüstan ərazisində daşdı - Magistral yol bağlanıb
06 may 2019 17:22 (UTC +04:00)

Qanıx çayı Gürcüstan ərazisində daşdı - Magistral yol bağlanıb

Gürcüstanla Azərbaycan sərhədindən keçən Qanıx çayı (Alazan) daşıb.
 
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Heretiskari kəndinə gedən yol bağlanıb. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb. Bildirilib ki, daşqın səbəbi ilə Tbilisi-Bakurtsixe-Laqadexi beynəlxalq magistral yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və sürücülərə alternativ Gurjaani-Çabukiani-Appan yolundan istifadə etmək tövsiyə olunub.
 
Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük qoludur və  Mingəçevir su anbarına tökülür.
# 1840
avatar

Oxşar yazılar